İspaniyanın “Atletiko” klubu hücumçusu Xulian Alvaresin yay transferində ayrılmasına qarşı 150 milyon avro tələb edir.
Məlumata görə, “Arsenal” hələ klubla rəsmi danışıqlara başlamayıb, lakin London təmsilçisinin uzun müddətdir 26 yaşlı forvardla maraqlandığı qeyd olunur.
Daha əvvəllər “Real”ın da eyni məbləğdə təklifinin rədd edildiyi bildirilir.
Qeyd olunur ki, argentinalı hücumçu avqustun 23-də La Liqanın II turunda “Vilyarreal”la keçirilən qarşılaşmada (2:2) ikinci hissədə meydana daxil olaraq cari mövsümdə ilk dəfə oyuna çıxıb.