Azərbaycanın paraüzgü üzrə milli komandası üzvləri Raman Salei, Əli Vəliyev və Murad Məmmədov Gəncədə təlim-məşq toplanışındadırlar.

Məşqlər Gəncə İdman Sarayında keçirilir və hazırlıq prosesi Faiq Əsgərov və Fyodor Kirillov tərəfindən idarə olunur. Təlim-məşq toplanışı avqustun 19-da start götürüb və sentyabrın 4-dək davam edəcək.

Toplanışın əsas məqsədi sentyabrın 7-12-də Türkiyənin Kocaeli şəhərində təşkil olunacaq Avropa çempionatına hazırlıqdır. Komanda həmin yarışmada çıxış etməyə hazırlaşır.