Voleybol üzrə Avropa çempionatının C qrupunda Bakıda növbəti qarşılaşma baş tutub.
Milli Gimnastika Arenasında keçirilən görüşdə Belçika millisi Portuqaliya komandası ilə üz-üzə gəlib. Matç üç setdə yekunlaşıb.
Belçika 3:0 hesabı ilə qalib gəlib. Setlər 25:16, 25:21 və 25:11 nəticələnib.
Qeyd edək ki, Belçika turnirdəki ilk məğlubiyyətsiz oyununda İspaniyanı 3:2 hesabı ilə üstələyib.
C qrupunda bu gün başqa qarşılaşma da nəzərdə tutulub: Azərbaycan millisi İspaniya komandasına qarşı oynayacaq. Bu matç saat 18:30-da başlayacaq.