ABŞ-ın maliyyə naziri Skott Bessent İranın hərbi eskalasiyasına qarşı çevik addımların atılacağını vurğulayıb.

Bessent Financial Times qəzetində dərc olunmuş məqalədə deyib ki, əgər İslam Respublikası Vaşinqtonun vəd etdiyi misli görünməmiş sanksiyalara hərbi reaksiyaya üstünlük verərsə, ABŞ buna uyğun hərbi cavab verəcək.

O, həmçinin bildirib ki, hazırkı mərhələdə ABŞ-ın əsas məqsədi İranı tam iqtisadi təcridə məruz qoymaqdır, bunun üçün kifayət qədər vasitə və strategiya mövcuddur.

Bessent çıxışında sanksiyaların və mümkün cavab addımlarının bir-biri ilə bağlı olduğunu, münasibətlərin gərginləşməsi halında Vaşinqtonun operativ şəkildə reaksiya verəcəyini qeyd edib.