UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Tvente” – “Qarabağ” qarşılaşmasında hakimlər briqadasında qadın hakim də iştirak edib. Qarşılaşmada 4-cü hakim funksiyasını icra edən həmin şəxs albaniyalı Emanuela Rusta olub.
32 yaşlı Rusta görüşün baş hakimi ilə eyni ölkədən – Albaniyadandır. Baş hakim həmin oyunda onun həmvətən Juxhin Xhaja idi.
Emanuela Rusta 1993-cü il dekabrın 18-də Elbasan şəhərində anadan olub və ölkəsinin tanınmış qadın futbol hakimlərindən sayılır. O, 2019-cu ildə FIFA referisi statusu alaraq bu adı daşıyan ilk albaniyalı qadın hakim kimi tarixə düşüb.
Hakim 2023-cü ilin iyununda UEFA hakimliyində birinci kateqoriyaya yüksəlib. 2025-ci ilin dekabrında isə qadın hakimlər arasında UEFA-nın Elit kateqoriyasına daxil edilən ilk albaniyalı kimi qeyd edilib.
Rusta kişilər liqasında da mərcə tutulub və ölkədaxili yüksək liqa matçlarını idarə edib. Həmçinin FIFA-nın siyahısında o, həm baş hakim, həm də video-hakim kimi qeyd olunub.
Onun avrokubok təcrübəsi də var: 2023/24 mövsümündə Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində FCSB – SSKA-1948 qarşılaşmasında 4-cü hakim olub. Daha sonra 2025/26 mövsümündə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Austriya” (Vyana) – “Banik” (Ostrava) oyununda da eyni funksiyanı yerinə yetirib.
Emanuela Rusta həmçinin qadın futbolunda yüksək səviyyəli beynəlxalq qarşılaşmalarda baş hakim kimi çıxış edib. 2024-cü ildə o, UEFA Qadınlar Çempionlar Liqasında “Benfika” – “Barselona” matçını idarə edən ilk albaniyalı qadın hakim olub.