Azərbaycanı təmsil edən “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Niderlanda səfər edib.
Ağdam klubunun heyəti Heydər Əliyev Beynəlxalq Aeroportundan xüsusi reyslə birbaşa Ensxede istiqamətinə uçub.
Turnirin təqviminə görə, “Qarabağ” və Niderlandın “Tvente” komandası arasında ilk görüş avqustun 20-də orada keçiriləcək. Komandalar arasındakı cavab matçı isə avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Niderlanda gedən kollektivin həmin gün matçın keçirəcəyi arenada son məşqə çıxması planlaşdırılır. Baş məşqçi Qurban Qurbanovun isə mətbuat konfransında iştirak edəcəyi gözlənilir.