Qarabağın yarımmüdafiəçisi Pedro Bikalyo Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda "Tvente"yə qarşı ilk oyununda iştirak etməyə bilər.

25 yaşlı braziliyalı futbolçunun zədə aldığı bildirilir. O, Misli Premyer Liqasının birinci turunda "Şamaxı" ilə keçirilən matçda komandasının 3:1 hesablı qələbəsi zamanı xəsarət alıb.

Hazırkı məlumata görə, Bikalyonun sabahkı qarşılaşmada meydana çıxmaq ehtimalı azdır.

"Tvente" ilə oyun avqustun 20-də Ensxededəki "De Qrols Veste" stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Eyni zamanda, Elvin Cəfərquliyevin "Tvente"yə qarşı oynayacağı istisnadır və onun meydana çıxmayacağı dəqiqləşib.