Kiyevdə tez-tez baş verən hava hücumu xəbərdarlıqları səbəbindən Ukraynanın Ali Radası daha təhlükəsiz məkanlara köçürülə bilər.
"Xalqın Xidmətçisi" Partiyasından olan deputat Nikita Poturayev müsahibəsində parlament üzvlərinin bu məsələni müzakirə etdiyini bildirib. O, parlamentin ən azı iki fərqli ssenarini nəzərdən keçirdiyini qeyd edib və bunlardan birinin idarənin təhlükəsiz yerə köçürülməsini nəzərdə tutduğunu vurğulayıb.
Poturayev həmin müsahibədə avqustun 18-də baş verən vəziyyətə də toxunub: "Biz avqustun 18-də yalnız bir qanuna səs verdik, çünki iki hava hücumu xəbərdarlığı var idi. Aydındır ki, Ali Rada bu cür fəaliyyət göstərə bilməz. Düşünürəm ki, vəziyyət daha da pisləşəcək", - deyə o bildirib.
Deputat həmçinin bildirib ki, Kiyevdən kənarda daha təhlükəsiz hesab edilən bir yer mövcuddur və parlamentin fəaliyyəti ora köçürülə bilər. Poturayev həmin məkan barədə konkret ad açıqlamayıb, ancaq parlamentin 2022-ci ilin fevral, mart və aprel aylarında ora işləməli olduğunu xatırladıb.
Qeyd edilir ki, avqustun 18-də gün ərzində Kiyevdə PUA hücumu ilə bağlı 10 dəfə hava hücumu xəbərdarlığı verilib.