Özbəkistan və Azərbaycan iki ölkə arasındakı aviareyslərin sayını həftədə 40-a çatdırmağı planlaşdırır.
Özbəkistanın nəqliyyat naziri İlxom Maxkamov “Özbəkistan 24” telekanalına verdiyi müsahibədə hazırda ölkələr arasında həftəlik 18 reysin həyata keçirildiyini və bu göstəricinin 40-ə qədər artırılması tapşırığının qoyulduğunu bildirib.
Nazir əlavə edib ki, avqustun 23-də Daşkənddə keçirilən ali səviyyəli danışıqların yekunlarına əsasən, tərəflər Orta Dəhlizin infrastrukturunun inkişafı, birgə müəssisələrin yaradılması və bərə əlaqəsinin bərpası barədə razılığa gəliblər.
İlxom Maxkamov vurğulayıb ki, qəbul olunan qərarlar praktiki istiqamətdə icra olunacaq və əməkdaşlığın dərinləşdirilməsi üzərində işlər davam etdiriləcək.