Paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.

Hadisə Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən binanın üçüncü mərtəbəsində baş verib. İlkin məlumata görə, yanğın həmin ünvanda yaşayan şəxslər arasında yaranmış şəxsi münaqişə nəticəsində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğınsöndürənlər operativ şəkildə tədbir görərək alovu söndürüblər və yanğının qonşu mənzillərə yayılmasının qarşısını alıblar.

Hadisə ilə bağlı araşdırma aparılır və səbəblərin dəqiq müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər davam etdirilir.