Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Habil Məmmədovun sədrliyi ilə aparılan prosesdə verilən qərarda şikətin təmin edilmədiyi vurğulanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2024-cü ilin dekabrın 3-də Natiq İmamquliyev Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib və Səfərovun ondan 60 min manatını ələ keçirdiyini iddia edib. Məsələ ilə bağlı Səfərov həmin şəxsi tanımadığını bildirib.

Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə az ağır zərər vurma) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittihamlar irəli sürülüb.