Ünvanlı dövlət sosial yardımlarının bu ayın 25-dən gec olmayaraq verilməsi nəzərdə tutulur.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb və ödənişlərin zamanında həyata keçiriləcəyini bildirib.
Qeyd edək ki, avqustun 14-də Bakı və Sumqayıt şəhərləri ilə Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında avqust ayına aid pensiyalar və güzəştli şərtlərlə təyin olunmuş pensiyalar ödənilib. Bu gün isə ölkənin digər bölgələrində qeydiyyatda olan şəxslərin pensiyaları verilmişdir.