Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev həmin təltifin verilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Şavkat Mirziyoyev bu yüksək dövlət mükafatına Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında göstərdiyi xüsusi xidmətlərə görə layiq görülüb.