Azərbaycanda rəqəmsal iqtisadiyyat sahəsində vergi tənzimləmələri sentyabrın 1-dən yeni qaydalarla tətbiq ediləcək. Vergi Məcəlləsinə edilən dəyişiklikə görə, ölkə ərazisində vergi uçotunda olmayan fiziki və hüquqi şəxslərə elektron xidmət göstərən qeyri-rezident elektron ticarət platformalarının Azərbaycandakı illik dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentini ötərsə, həmin platformalar 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu tələb cari ilin sentyabr ayında qüvvəyə minir.