Paytaxtın Bakıxanov qəsəbəsində, Eldar Xəlilov küçəsində davam edən yol təmiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaradılıb.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi (AYNA) rəsmi məlumat yayıb və təmir işləri səbəbindən nəqliyyatın həddən artıq yüklənməsinin və təhlükəsizliyin təmin edilməsi məqsədilə məhdudiyyətlərin tətbiq olunduğu bildirilir.

Agentliyin açıqlamasına görə, bu məhdudiyyət çərçivəsində 78 nömrəli müntəzəm marşrutun hərəkət trayektoriyası dəyişdirilərək Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri vasitəsilə təşkil edilib.

Sürücülər və sərnişinlərdən müvafiq istiqamətlərdə hərəkət edərkən diqqətli olmaları və marşrut xəttindəki dəyişiklikləri nəzərə almaları xahiş olunur.