Avqustun 22-də Bakıda bir çimərlik ərazisində dənizdə iki nəfərin boğularaq vəfat etdiyi bildirilib.
Hadisə nəticəsində 26 yaşlı İntiqam Məmmədov və 20 yaşlı Nihat Səlimov həyatını itirib. Hər iki gənc Şəkinin Baş Layısqı kənd sakini idi.
Mərhumların yaxınları sosial şəbəkə vasitəsilə məlumat paylaşdıqları qeyd olunub. Hər iki şəxsin meyiti sudan çıxarılıb və doğulduqları kənddə dəfn edilib.