Amerikalı aktrisa Banni Levin 97 yaşında vəfat edib.
Levin Kaliforniyanın Tarzana şəhərindəki evində dünyasını dəyişib. O, 1928-ci ildə Nyu-Cersidə anadan olub.
Uzun illər məktəb kitabxanaçısı kimi çalışan Levin 25 illik bu fəaliyyətindən sonra aktrisalıq arzusu ilə Hollivuda üz tutub. Karyerası boyunca “Gilmore Girls”, “La La Land”, “Law & Order” və “Raising Hope” kimi layihələrdə rol alıb.
Aktrisa son illərinə qədər ekran işlərini davam etdirib; onun son rolları arasında “Thelma”, “Sacramento”, “The Upshaws” və “The Cure” da yer alıb.
1991-ci ildə o, həyat yoldaşı Bernie Levine ilə birlikdə Nyu-Yorkda aktyorlar üçün “Actors Connection” təşkilatını təsis edib. Levinin üç övladı və iki nəvəsi var.