Sabunçu rayonunda avqustun 23-də qətl faktı qeydə alınıb.

Hadisə gecə saatlarında baş verib. 1980-ci il təvəllüdlü Nail Syubayev yaşadığı evdə boğaz nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində ölü vəziyyətdə aşkarlanıb.

Aparılan ilkin yoxlamalar zamanı olayın münaqişə zəminində baş verdiyi və N.Syubayevin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən bıçaqla yaralanması nəticəsində dünyasını dəyişdiyi ehtimalı müəyyən edilib.

A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.