Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərək ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq niyyətində olmadığını bildirib və təşkilatdan çıxarılmasını gözlədiklərini vurğulayıb.

Paşinyan deyib ki, Ermənistan KTMT-də fəaliyyətini yenidən bərpa etməyəcək və nizamnamənin üzv ölkənin təşkilatdan çıxarılması imkanını nəzərdə tutduğunu xatırladıb. O, belə bir qərarın qəbul olunması halında bundan məmnun qalacağını səsləndirib.

Baş nazir çıxışında həmçinin "Bizim KTMT-yə olan marağımız tükənib" ifadəsini işlədib və bu addımın ölkəni üzvlüyün saxlanması və ya saxlanmaması seçimi yükündən azad edəcəyini bildirib.