Abşeron rayonunun Masazır qəsəbəsində 48 yaşlı Əlsəfa Rəhimovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Hadisə bu gün, saat 12 radələrində qəsəbədə qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub və ilkin tədbirlər görülüb.

Polisin keçiridiyi əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən mərhumun 43 yaşlı həyat yoldaşı A. Əliyeva saxlanaraq istintaq orqanına təhvil verilib.

Hadisənin motivi və digər bağlı məsələlər araşdırılır; faktla bağlı cinayət işi davam etdirilir və əlavə yoxlamalar aparılır.