İsveçin Vestmanland əyalətində machete ilə silahlanmış şəxs bir məktəbə daxil olaraq bir neçə nəfərə xəsarət yetirib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları və xilasedicilər çağırılıb. Yerli rəsmilər bildiriblər ki, hücum edən şəxs asayiş keşikçiləri tərəfindən saxlanılıb.
Polisdən verilən açıqlamada bölgədə tədbirlərin davam etdiyi və hazırda əlavə məlumat verə bilməyəcəkləri bildirilib.
Hadisə yerinə təcili tibbi yardım maşınları, polis qüvvələri və xüsusi helikopterlər göndərilib, həmçinin polisin çevik reaksiya qrupu əməliyyat aparır.
İsveçin ədliyyə naziri Qunnar Stremmer hökumətin asayiş keşikçiləri ilə əlaqədə olduğunu və vəziyyətin inkişafını yaxından izlədiyini deyib.