Cəlilabad rayonunun Gülməmmədli kəndində minik avtomobilinin yanması hadisəsi qeydə alınıb.
Kənd sakini Mehman Nəsirova məxsus VAZ-2105 markalı nəqliyyat vasitəsi qəflətən alışıb və yanğın qısa müddətdə avtomobili bürüyüb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib, lakin avtomobil tamamilə yanaraq istifadəsiz vəziyyətə düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.