Xırdalan şəhərində Heydər Əliyev prospektində həyata keçirilən təmir-tikinti işləri səbəbindən bu ərazidən keçən avtobus və digər nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər tətbiq olunub.
Məhdudiyyətlər nəticəsində E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli şəhərmarşrutlarının hərəkət istiqamətləri alternativ küçələr üzrə təşkil edilib.
E2 marşrutu metronun "20 Yanvar" stansiyasından Xırdalan istiqamətində hərəkət edir və marşrut boyu Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qələbə və Mehdi Hüseynzadə küçələri üzrə gedir. Bu marşrutun başlanğıc dayanacağı Heydər Əliyev prospektində müəyyən edilib.
135 nömrəli marşrutun avtobusları Mehdi Hüseynzadə küçəsindən başlayaraq Heydər Əliyev prospekti boyunca hərəkət edirlər.
517 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərir: bir istiqamətdə Masazırdakı "Yeni Bakı" yaşayış kompleksindən Həsən Əliyev küçəsindəki dairəvi hərəkətə qədər; digər istiqamətdə isə həmin yaşayış kompleksindən Heydər Əliyev prospektinə kimi təşkil olunub.
515, 523 və 596 nömrəli marşrutların marşrut xətləri Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələri üzrə müəyyən olunub.
535 nömrəli marşrutun son dayanacağı Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişmənin yaxınlığında yerləşdirilib.
592 nömrəli marşrutun başlanğıc dayanacağı isə Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə küçəsi ilə kəsişmənin yaxınlığında təşkil edilib.