Xırdalan şəhərinin Heydər Əliyev prospektində aparılan təmir-tikinti işləri ilə bağlı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu məhdudiyyət nəticəsində E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli şəhər marşrutlarının hərəkət istiqamətləri alternativ küçələr üzrə təşkil edilib.

E2 marşrutu üzrə avtobuslar metronun "20 Yanvar" stansiyasından Xırdalan istiqamətində hərəkət edərkən Heydər Əliyev prospekti boyunca Zərifə Əliyeva, Qələbə və Mehdi Hüseynzadə küçələri üzərindən marşrutlarını davam etdirir. Marşrutun başlanğıc dayanacağı Heydər Əliyev prospektində müəyyən edilib.

135 nömrəli marşrutun hərəkəti Mehdi Hüseynzadə küçəsini başlanğıc dayanacaq məntəqəsi kimi götürməklə Heydər Əliyev prospekti istiqamətində təşkil olunub.

517 nömrəli marşrut iki fərqli istiqamətdə fəaliyyət göstərir: bir istiqamət Masazırdakı "Yeni Bakı" yaşayış kompleksindən Həsən Əliyev küçəsindəki dairəvi hərəkətə qədər, digər istiqamət isə həmin yaşayış kompleksindən Heydər Əliyev prospektinə qədər təşkil edilib.

515, 523 və 596 nömrəli marşrutların hərəkəti Heydər Əliyev prospektindən başlayaraq Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələri üzərindən yönləndirilib.

535 nömrəli marşrutun son dayanacağı Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişməyə yaxın ərazidə təyin olunub.

592 nömrəli marşrut üçün başlanğıc dayanacaq Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə küçəsi ilə kəsişmənin yaxınlığında müəyyən edilib.

Sərnişinlərə həmin marşrutların qrafik və dayanacaqları ilə bağlı diqqətli olmaları tövsiyə edilir.