“Sabah”ın hücumçusu Velko Simiç Azərbaycan futbolu tarixində yeni rekord qoyub.

Peşəkar Futbol Liqası məlumatına görə, Simiç ölkə klublarının heyətində UEFA Çempionlar Liqasında fasiləsiz şəkildə beş qarşılaşmada fərqlənən ilk futbolçu olub.

Simiç Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə səfər oyununda (1:2) fərqlənərək uğurlu seriyanı davam etdirib.

O, daha əvvəl turnirin II təsnifat mərhələsində Finlandiyanın “KuPS” kl9bına qarşı hər iki matçda (1:0, 2:0) qapıya yol tapmışdı. Ardınca Danimarkanın “Orhus” komandası ilə keçirilən mərhələdə də (1:2, 4:0) qol vurmaqla ardıcıl oyunlarda fərqlənmə ənənəsini qoruyub.

Komandalar arasındakı cavab görüşü avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.