2026/2027-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ayrılacaq qəbul planı müəyyən edilib.
Qəbul planına əsasən, V ixtisas qrupu üçün ümumilikdə 4 735 plan yeri ayrılıb. Bunun 1 471-i Azərbaycan bölməsi, 115-i rus bölməsi, 3 149-u isə hər iki bölmənin birgə müsabiqəsi üzrədir.
Dövlət sifarişi çərçivəsində ayrılan yerlərin sayı 1 543 təşkil edir.
Xüsusi qabiliyyət imtahanı tələb olunan ixtisaslar arasında ən çox plan yeri ümumi fiziki hazırlıq ixtisasına ayrılıb — 585 yer. Dizayn üçün 460, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üçün 455, instrumental ifaçılıq üçün 302, təsviri incəsənət müəllimliyi üçün 285 plan yeri nəzərdə tutulub.