Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib və nəticədə xəsarət alanlar olub.

Hadisə Bakı-Qazax magistralının Müsüslü kəndindən keçən hissədə qeydə alınıb. Sürücünün nəqliyyat vasitəsini idarəetmədən çıxması nəticəsində avtomobil beton arakəsməyə çırpılıb.

Avtomobili idarə edən şəxsin Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Aydın Əliyev olduğu müəyyən edilib. İdarə olunan nəqliyyat vasitəsi "Mercedes" markalı olub.

Qəza zamanı sərnişinlər - Bakı sakini, 1986-cı il təvəllüdlü Günel Əliyeva və Tovuz şəhər sakini, 1958-ci il təvəllüdlü Şura Tağıyeva müxtəlif xəsarətlər alıblar.

Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.