VII Beynəlxalq Türk Dilli Jurnalistlər Media Forumu 15 sentyabr tarixində İstanbulda keçiriləcək.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən jurnalistlər, media rəhbərləri və sektor nümayəndələri iştirak edəcək.

Forumda media sahəsində rəqəmsal inteqrasiya, süni intellektin tətbiqi, jurnalistika təhsili, turizm və media iqtisadiyyatı mövzuları əhatə olunacaq.

Həmçinin tədbirdə Türk dünyası üçün ortaq media məkanının yaradılması, media qurumları arasında əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.