Britaniyalı komediyaçı Riki Cerveys uzun illərdən bəri nikahdan imtina edən mövqeyini dəyişərək, 1982-ci ildən birlikdə olduğu yazıçı Ceyn Fallon ilə rəsmi nikaha daxil olacağını açıqlayıb.

65 yaşlı sənətçinin evlənmək qərarının məğzi romantik deyil. O, ailə qurmaqda əsas motivin miras vergisinin yaratdığı maliyyə yükünü yüngülləşdirmək olduğunu bildirib.

Cerveysin sərvəti təxminən 141 milyon funt sterlinq qiymətində göstərilir. O, müsahibəsində Fallon ilə vergi güzəştləri üçün evlənib-evlənməyəcəyi sualına belə cavab verib: "Bəli. Evlənməyim üçün yeganə səbəb bu olacaq. Vergi olmasaydı... nəyə görə evlənək ki?"

Riki Cerveys həmçinin "The Office" serialının yaradıcılarından biri və baş rolunu ifa etmiş şəxs kimi tanınır. Evlənmə qərarının şəxsi münasibətə deyil, vergi məsələlərinə bağlı olduğu vurğulanıb.