Ötən günlərdə ölkə mediasında yetkinlik yaşına çatmayan qızların nikaha daxil olması barədə məlumatlar yayılıb.
Bir məlumatda Salyan rayonunda yerləşən banket məkanlarından birində təşkil olunmaq üzrə olan toy mərasiminə polis müdaxilə edib. Araşdırma zamanı tədbirdə iştirak edən qızın 16 yaşında olduğu müəyyən edilib.
Eyni qaydada təxminən bir həftə öncə Ağdaş rayonunda da nikaha daxil olmayan şəxsin nişan mərasiminin keçirilməsi barədə daxil olan məlumat əsasında hüquq-mühafizə orqanları araşdırma aparıb və prosedur pozuntusunun qarşısı alınıb.
Rəsmi statistik göstəricilərə görə, Azərbaycanda qadınların ilk dəfə rəsmi nikaha daxil olduqları orta yaş 24-dür. Bu göstərici keçmiş SSRİ və region ölkələri ilə müqayisədə yuxarı sıralarda yerləşir.
Aşağıda qeyd olunan ölkələr üzrə qadınların ilk rəsmi nikaha daxil olma orta yaşları belədir:
Tacikistan – 22,1 yaş
Özbəkistan – 22,7 yaş
Türkmənistan – 23,3 yaş
Qırğızıstan – 23,6 yaş
Azərbaycan – 24 yaş
İran – 24 yaş
Qazaxıstan – 25 yaş
Rusiya – 26 yaş
Moldova – 26 yaş
Belarus – 26,1 yaş
Türkiyə – 27 yaş
Ermənistan – 27,1 yaş
Litva – 28,3 yaş
Ukrayna – 29,2 yaş
Gürcüstan – 29,4 yaş
Estoniya – 30,4 yaş
Latviya – 30,6 yaş
Eyni zamanda, qadınların nikaha ən gec daxil olduğu ölkələr sırasında İspaniya (38,8 yaş), Çili (37,8 yaş), Niderland (37,6 yaş), Norveç (36,8 yaş) və Argentina (36,8 yaş) yer alır.
Qadınların nikaha ən erkən girdiyi ölkələr isə Tanzaniya (19 yaş), Liberiya (19 yaş), Mali (19,1 yaş), Çad (19,1 yaş) və Nigeriya (19,2 yaş) kimi qeyd olunur.