Saatlı Peşə Liseyində kadr dəyişikliyi baş verib.
Pünhan Əlizadə 19 avqust 2026-cı il tarixindən liseydə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Əlizadə 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat-informatika” ixtisası üzrə bakalavr təhsilini başa vurub.
Peşə fəaliyyətinə 2002-ci ildə Saatlı rayonunun M.Əzizbəyov adına 2 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. 2006–2007-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsində metodist işləyib.
2014–2020-ci illərdə o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində məsləhətçi, 2020–2021-ci illərdə isə Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonunda təhsil sektoru üzrə məsləhətçi vəzifəsində fəaliyyət göstərib.
2022–2024-cü illərdə Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun metodik kabinetinə rəhbərlik edib. 6 yanvar 2025-ci ildən isə Nabatkənd kəndindəki İ.Ağayev adına tam orta məktəbdə müəllim kimi çalışıb.
Yeni təyinatla Pünhan Əlizadə Saatlı Peşə Liseyinin tərbiyə işlərinə rəhbərlik edəcək.