61 yaşlı film prodüseri Nikolas Altmayer və onun sevgilisi Matilda Favier avqustun 17-də Fransa ərazisində yol-nəqliyyat hadisəsində həlak olublar.

Qəza Airvault şəhərinin yaxınlığında avtomobil yolunda baş verib. Hər iki şəxs hadisə yerində ölüb.

Niort prokurorluğu hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma başladıldığını açıqlayıb. Fakt üzrə sürücü tərəfindən ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə istintaq aparılır.

Prokurorluğun verdiyi məlumata görə, cütlüyün olduğu avtomobil başqa bir avtomobili ötərkən əks istiqamətdən gələn yük maşını ilə toqquşub.

57 yaşlı Matilda Favier