Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Özbəkistandakı qardaşları ölkənin inkişafı və qazandığı uğurlar münasibətilə təbrik edib.
Dövlət başçısı bildirib ki, Özbəkistan həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada böyük nailiyyətlər əldə edib və bu gün ölkə böyük beynəlxalq nüfuza malikdir.
Prezident İlham Əliyev qeyd edib ki, bu uğurlar Prezident Şavkat Mirziyoyevin fəaliyyəti nəticəsidir: "Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz".