“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda "Tvente" ilə keçiriləcək ilk oyunu buraxa bilər.
25 yaşlı braziliyalı futbolçu Misli Premyer Liqasının ilk turunda "Şamaxı" ilə görüşdə zədələnib. Həmin qarşılaşma "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Klub içərisindən gələn məlumatlara görə, Bikalyonun sabahkı oyunda meydana çıxma ehtimalı aşağıdır və qərar son məşqlərdən sonra veriləcək.
"Tvente" – "Qarabağ" matçı avqustun 20-də Ensxededəki "De Grols Veste" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bundan əlavə, Elvin Cəfərquliyevin "Tvente"yə qarşı qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.