Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç karlvanları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi ilə yanaşı Xocalı və Ağdərə rayonundakı bir sıra kəndlərə yerləşdirilib. Sakinlər bu gün doğma torpaqlara gətirilərək yeni məskənlərinə yollanıb.
Açıqlandı ki, müvafiq mərasimlərdə evlərin açarları təqdim olunub. Tədbirlərdə Prezidentin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak edib.
Bu mərhələdə köçən ailələrin sayı belədir: Kərkicahan qəsəbəsinə 8 ailə, ümumilikdə 36 nəfər; Badara kəndinə 5 ailə, 13 nəfər; Xanyurdu kəndinə 4 ailə, 10 nəfər; Xanabad kəndinə 8 ailə, 31 nəfər; Ballıca kəndinə 3 ailə, 8 nəfər; Təzəbinə kəndinə 14 ailə, 71 nəfər; Kolatağ kəndinə 12 ailə, 36 nəfər; Həsənriz kəndinə 6 ailə, 30 nəfər; Aşağı Oratağ kəndinə 12 ailə, 49 nəfər; Çapar kəndinə 15 ailə, 51 nəfər.
Köç etmiş ailələrin çoxu respublikanın müxtəlif bölgələrində əvvəlcə yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti yerləşdirilmişdi. Onlar bugün öz doğma məkanlarına qaytarılaraq qarşılanma mərasimləri keçirilib.
Yurdlarına dönən sakinlər göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda torpaqların işğaldan azad edilməsində xidmət göstərən Azərbaycan Ordusuna təşəkkürlərini bildirərək şəhidlər üçün dualar oxuyublar.