Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsindən Mustafa Abbasbəyli azad edilib.
Məsələ ilə bağlı nazirliyə sorğu ünvanlanıb. Qurum bildirdi ki, ümumi daxili strukturun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı müvafiq proseslər həyata keçirilir və proses yekunlaşdıqdan sonra əlavə məlumat təqdim olunacaq.
Mustafa Abbasbəyli 2024-cü ilin mayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilmişdi.
O, 2019–2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri kimi çalışıb, 2020–2024-cü illərdə isə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsini icra edib. Həmçinin o, iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.
Əldə edilmiş məlumatlara görə, Mustafa Abbasbəyli Nazirliyin Aparatında başqa vəzifəyə keçirilib.