Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyində nazirin müşaviri vəzifəsinə təyin edilib.

O, may 2024-cü ildən etibarən nazirliyin Aparat rəhbərliyini icra edirdi.

Abbasbəyli 2019–2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri, 2020–2024-cü illərdə isə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri olub.

Dövlət Məşğulluq Agentliyində rəhbərlik etdiyi dövrdə genişmiqyaslı islahatların həyata keçirilməsində iştirak edib. Onun rəhbərliyi ilə məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması və vətəndaşlara göstərilən xidmətlərin operativ təşkili istiqamətində bir sıra yeniliklər tətbiq edilib.

Həmin dönəmdə Agentlikdə aparılan sistemli dəyişikliklər nəticəsində xidmətlərin şəffaflaşdırılması, korrupsiya və qeyri-şəffaf mexanizmlərin aradan qaldırılması, həmçinin qurumun vətəndaşlar arasında etibarlı struktur kimi formalaşdırılması təmin edilib.

Rəqəmsal həllər və müasir idarəetmə yanaşmaları Agentliyin fəaliyyətinin səmərəliliyini artırıb və qurumu dövlət xidmətləri sahəsində nüfuzlu brendlərdən birinə çevirib.

Mustafa Abbasbəyli iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.