Müəllimlərin işə qəbulu müsabiqəsinin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, avqustun 12–15-də keçirilən vakansiya seçimi prosesində uğur qazanan iştirakçılar müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər.

Eyni zamanda qeyd olunub ki, vakansiya seçimində uğur əldə etməyən və ya seçimi vaxtında keçirə bilməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak etmək imkanına malikdirlər.

Müsahibə mərhələsi haqqında əlavə məlumat və dəvətlər əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.