21 avqust 2026 — Mabel Matiz kimi tanınan Fatih Karaca haqqında aparılan araşdırma nəticəsində məhkəmə sərbəst buraxılmasına qərar verib.
Məhkəmə qərarı ilə müğənniyə xaricə çıxış qadağası tətbiq olunub.
İstanbul Baş Prokurorluğu bildirib ki, müzakirə olunan mahnının sözləri və videoklipdəki görüntülər Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “ədəbsizlik” (müstehcenlik) maddəsi çərçivəsində dəyərləndirilə bilər və ona görə də araşdırma başlanılıb.