"Akademik C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu" publik hüquqi şəxsi dərman, sarğı materialları və digər tibbi ləvazimatların tədarükü məqsədilə açıq tender elan edib.
Tenderin ehtimal olunan qiyməti 1 734 000 manat olaraq müəyyənləşdirilib. Prosedur çərçivəsində ümumilikdə 68 adda məhsulun satın alınması planlaşdırılır.
Sənədlərə görə, siyahıda 850 ədəd radiopak kontrast maddə (Kontrast 370/100 ml), 3 000 ədəd birdəfəlik anjio örtüyü, 800 ədəd 6,7 santimetrlik radial sheath, 100 ədəd 125 santimetrlik uzatma xətti və diaqnostik angiografik kateterlər yer alır.
Tenderin detalları və iştirak şərtləri ilə bağlı əlavə məlumat və sənədlər müvafiq prosedurlar çərçivəsində təqdim olunacaq.