Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə azad edilmiş ərazilərə göstərdikləri yardım və dəstək üçün təşəkkürünü bildirib.
Dövlət başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində qeyd edib ki, Özbəkistanın təşəbbüsü ilə Füzuli şəhərində inşa olunan Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir.
Prezident bildirib ki, bu layihə ölkələr arasındakı qardaşlıq münasibətlərinin növbəti əlamətidir və eyni zamanda işğaldan azad edilmiş torpaqlarda bərpa və tikinti işlərinə göstərilən dəstəyin təzahürüdür.
İlham Əliyev bütün Özbəkistan xalqına və şəxsən Şavkat Mirziyoyevə həmin nəcib təşəbbüslərə görə səmimi minnətdarlığını çatdırıb.