Hərbi biletin qəsdən korlanması və ya itirilməsi inzibati məsuliyyətə səbəb olur. Vəzifəlilər və çağırışçılar belə hallarda İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən xəbərdarlıq edilə və ya 200 manat məbləğində cərimələnə bilərlər.
Itkin və ya zədələnmiş hərbi biletin əvəzinə yeni sənədin verilməsi üçün bir sıra sənədlər təqdim olunmalıdır. Sənədlər arasında ərizə, təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surəti, qeydiyyat kartının surəti, inzibati xəta üzrə protokol və cərimənin ödənilməsi barədə qəbz və ya xəbərdarlıq qərarı var. Eyni zamanda 3x4 ölçülü iki ədəd fotoşəkil tələb olunur.
Əvəzetmə proseduru zamanı əlavə olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanlarından hərbi biletin tapılmamasına dair arayış təqdim edilməlidir.
Təbii fəlakət, yanğın və digər oxşar hallar nəticəsində hərbi bilet itirildikdə və ya korlandıqda isə hadisəni təsdiqləyən müvafiq qurumun arayışı əsasında yeni sənəd verilir.