Milli Məclis üzvü Fazil Mustafanın özünü mərhum siyasətçi Əbülfəz Elçibəyə oxşatması son günlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Deputatın özünə qarşı yönələn tənqid və hücumlara reaksiyası kimi səsləndirdiyi ifadələr diqqət çəkib. O, bu münasibəti belə ifadə edib: "Allah sənə rəhmət etsin Əbülfəz bəy! Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, istədikləri böhtanı atırlar, istədikləri təhqiri yazırlar, əllərinə odlu silah düşən kimi də güllələyirlər". Sezar pizza

Sosial mediada həmin çıxışın Əbülfəz Elçibəyə aid olduğu xatırladılaraq deputatın sözlərinə sərt reaksiya verən paylaşımlar yayılıb.

Qeyd edilir ki, "sağdan-soldan" ifadəsi daha əvvəl AXCP sədrinin müsahibəsində istifadə olunub və bu frazanın şifahi hücum məzmununu ifadə etdiyi vurğulanır.