Ermənistanın hakim Mülki Müqavilə Partiyası ölkənin 2026–2031-ci illər üçün hazırlanan hökumət proqramı layihəsində bütün ermənilərin katolikosu II Qaregini vəzifədən kənarlaşdırmağı dərc edib.

Hökumət proqramı layihəsində dinin cəmiyyətin rifahına töhfə verməsi vurğulanır və Erməni Apostol Kilsəsində dəyərlərə əsaslanan dini həyatın möhkəmləndirilməsinin zəruri olduğu bildirilib.

Sənəddə göstərilir ki, bu məqsədlə partiya katolikosun vəzifədən azad edilməsini və Katolikosluğun keşişinin seçilməsini proqram maddələri sırasına daxil edib.

Həmçinin hökumətin kilsə fəaliyyətində maliyyə şəffaflığını təmin etməyi və din xadimlərinin davranış qaydalarını nizama salacaq qaydalar qəbul etməyi planlaşdırdığı vurğulanır.