Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişinin dünya üçün mühüm mesaj daşıdığını vurğulayıb.
Ərdoğan “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə sazişin sülhün təşviqinə xidmət etdiyini söyləyib və bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilə biləcəyini qeyd edib. O, Misirin müraciət etməsi halında danışıqlar üçün qapının açıq olduğunu bildirib.
Prezident həmçinin Qəzzaya dəstək məsələsinə toxunaraq bölgəni tək qoymayacaqlarını deyib və yaxın vaxtlarda Dəməşqə səfər edəcəyini açıqlayıb.
Avropa İttifaqı ilə münasibətlərə dair verdiyi açıqlamada Ərdoğan Türkiyənin əsas prioritetinin Avropa İttifaqı olmadığını bəyan edib və Avropa ölkələrinə müraciət edərək bu münasibətlərdə itirən tərəfin Avropa olacağını ifadə edib.
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran da müsahibə ilə bağlı açıqlamasında Məkkə Sazişinin dünya sülhünə güclü mesaj göndərdiyini, tərəflər arasındakı əməkdaşlığın genişlənə biləcəyini və Misirin istəyi üzrə danışıqlara qapının açıq olduğunu təkrar edib.