Türkiyəli aparıcı Ece Erken sosial media paylaşımı ilə müzakirə mövzusuna çevrilib.
Erkenin paylaşımında jurnalist Aysu Molanın hicabı və geyim tərzinə dair tənqidi ifadələr yer alıb. O, yazısını qısa müddət sonra silsə də, paylaşılan fikir və reaksiyalar sosial şəbəkələrdə geniş əks-səda doğurub.
Aysu Mola isə buna cavab olaraq Erkenin onun hicabı və geyimi barədə fikirlər səsləndirməsini qəbulolunmaz hesab edib və "Sənə nə mənim hicabımdan?" sözləri ilə reaksiya göstərib. Mola paylaşımın silinməsinə də münasibət bildirib.
Qalmaqaldan sonra Ece Erken TV8-də yayımlanan "Gel konuşalım" verilişinin əməkdaşlarını və kanalın bir sıra rəhbər şəxslərini sosial platformada izləmədən çıxarıb. İzləmədən çıxarılanların siyahısında kanalın sahibi Acun Ilıcalı, aparıcılardan Nur Tuna Namlı, prodüser Feraye Tanyolaç və kanalın baş direktorlarından Aslı Çin də yer alıb.
Hadisədən sonra Erkenin verilişdəki fəaliyyətinin dayandırıldığı və işdən uzaqlaşdırıldığı ilə bağlı iddialar yayılsa da, məsələyə dair tərəflərdən rəsmi açıqlama verilməyib.