Türkiyəli müğənni Ebru Gündeş plastik əməliyyatdan sonra xarici görünüşündəki dəyişikliklə müzakirələrə səbəb olmağa davam edir.

Ötən gün bir məkanın səhnəsində çıxış edən ifaçının görüntüləri sosial şəbəkələrə yayıldı və izləyicilər üzündəki dəyişiklikləri müsbət qiymətləndirdiklərini yazdılar.

Ebru Gündeşin daha gənc görünmək məqsədilə keçirdiyi prosedurun 200 min dollar olduğu, bu məbləğin təxminən 340 min manat təşkil etdiyi bildirilib.

Müğənninin konsert performansı və sonrakı fotoları sosial mediada müzakirə mövzusu olaraq qalır, izləyicilər görünüşdəki fərqləri tez-tez şərh edirlər.