MÜTDA tərəfindən elan edilib ki, direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə elektron sənəd qəbulu mərhələsi başlayıb.

Elektron qeydiyyat 18 avqust 2026-cı il saat 11:00-dan etibarən açılıb. Namizədlər sənədlərini //miq.edu.az/ direktorlinki vasitəsilə 24 avqust 2026-cı il saat 11:00-dək təqdim edə bilərlər.

Seçim prosesi çərçivəsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələdən uğurla keçənlər növbəti — müsahibə — mərhələsində iştirak edəcək.

Müsabiqənin yekun nəticələri uğurlu namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Seçilən şəxslərlə əmək münasibətləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdiriləcək.