Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrına Müslüm Maqomayevin adı verilməsi barədə qərar qəbul edilib.

Qərarı Dağıstan Respublikasının rəhbəri yanında fəaliyyət göstərən komissiyanın iclasında qəbul ediblər.

Komissiya üzvləri Azərbaycanın görkəmli müğənni və bəstəkarının xatirəsinin əbədiləşdirilməsi təklifini yekdilliklə dəstəkləyiblər.