Azərbaycan və Özbəkistan prezidentləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinə səfər ediblər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev universitetdə yaradılan şəraitin tələbələr arasında necə qarşılandığını soruşub. Tələbələr göstərilən imkanlardan razılıq ifadə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Mirzə Uluqbəy adına məktəbin Füzulidə inşa edilməsinə və Nizami Gəncəvinin Özbəkistanda yüksək ehtiramla yad edilməsinə görə təşəkkürünü çatdırıb.
Universitetdən olan tələbələrdən biri Azərbaycan Prezidentini ana dilində salamlayaraq öz şeirlərini təqdim edib. Həmin tələbə sonradan hər iki dövlət başçısına kitab hədiyyə edib.
Səfərin sonunda Azərbaycan və Özbəkistan prezidentləri tələbələrlə birlikdə xatirə fotosu çəkdiriblər.